RU

Pakistanlı nazir: Ordumuz genişmiqyaslı müharibəyə hazırdır

BAKI, 7 may. TELEQRAF

Hindistan münaqişənin intensivliyini və risklərini artırır. Buna hazırlıqsız qala bilmərik.

Teleqraf xəbər verir ki, bunu CNN-ə müsahibəsində Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif deyib.

Onun sözlərinə görə, Hindistanın son hücumları iki ölkə arasında gərginliyin artmasına xidmət edir: “Pakistan hərtərəfli müharibədən yayınmağa çalışır. Amma Hindistanın dünənki raket zərbələri açıq-aşkar gərginliyi artırmağa hesablanıb. Pakistan ordusu genişmiqyaslı müharibəyə hazırdır. Buna heç bir şübhə yoxdur”.

Nazir Pakistan ordusunun Hindistan təyyarələrini vurmasına da münasibət bildirib: “Hindistannın 3 təyyarəsi vurulub. Həmin qırıcılar yaxın hava döyüşlərində məhv edilib. Raketlər bizim təyyarələr tərəfindən atılıb”.

Избранный
0
teleqraf.com

1Источники