RU

Ukrayna Moskvaya HECUM ETDİ – 8 dron və… (VİDEO)

Rusiya Moskvaya yaxınlaşan 8 Ukrayna PUA-sını məhv edib.

KONKRET.az xəbər verir ki, Rusiya hava hücumundan müdafiə sistemləri bu gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 ədəd pilotsuz uçuş aparatını (PUA) paytaxt Moskvaya yaxınlaşarkən zərərsizləşdirib.

Bu barədə məlumatı Moskva meri Sergey Sobyanin rəsmi “Telegram” kanalında yayıb. O, bildirib ki, PUA-lar şəhərin müxtəlif istiqamətlərindən yaxınlaşmağa çalışıb, lakin hamısı vaxtında aşkarlanaraq vurulub. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə ilkin məlumat verilməyib.

Qeyd edək ki, bu, son günlərdə Rusiya paytaxtına doğru yönəlmiş sayca üçüncü genişmiqyaslı PUA hücumu cəhdidir.

Natiq Səlim,
KONKRET.az

Избранный
0
konkret.az

1Источники