RU

Tbilisidə silsilə partlayışlar baş verə bilər – ABŞ-ın Gürcüstandakı səfirliyi xəbərdarlıq edib

Yaxın vaxtlarda Tbilisidə bir neçə ticarət mərkəzində partlayışlar baş verə bilər, ABŞ-ın Gürcüstandakı səfirliyi müvafiq xəbərdarlıq edib.

Orada deyilir ki, diplomatik nümayəndəliyə üç ticarət mərkəzində baş verə biləcək partlayışlar barədə məlumat daxil olub. Bunlar Aleksandr Tvalçerilidze küçəsində yerləşən East Point Ticarət Mərkəzi, Qaleriya Tbilisi (Rustaveli prospekti) və Tbilisi Ticarət Məhəlləsi (Aqmaşenebeli, 16)dır.
Səfirlik hər hansı təfərrüat verməyib. Bütün ABŞ diplomatlarına əlavə məlumat alınana qədər ərazilərə baş çəkməmək tövsiyə olunub.

Gürcüstan hakimiyyəti, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətindən heç bir şərh verilməyib

//Samir Qurbanov, Editor.az

Избранный
0
editor.az

1Источники