RU

"Fiorentina"nın hücumçusu "Mançester Yunayted"in hədəfində

Moyze Kin "Mançester Yunayted"ə keçə bilər.

Sportal.az xəbər verir ki, "Footmercato"nun məlumatına görə, Mançester klubu "Fiorentina"nın hücumçusuna yay transfer pəncərəsində maraq göstərir.

İtaliya klubuna 13 milyon avroya transfer olunan futbolçunun müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. Forvardın klubla olan razılaşmasında 50 milyon avro məbləğində sərbəst qalma maddəsi var. Bu bənd yalnız bu ilin 1–15 iyul tarixləri arasında aktiv olacaq.

Bildirilir ki, "Mançester Yunayted" rəhbərliyi yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi əsas prioritet hesab edir. Əgər Ruben Amorim kluba Çempionlar Liqasına vəsiqə qazandıra bilməsə, "mankunianlar" Viktor Osimhen və ya Moyze Kin namizədlərinə yönələcək. 25 yaşlı italyan futbolçu daha sərfəli aktiv hesab olunduğuna görə üstünlük qazanır.

Bu mövsüm Moyze Kin A Seriyasında 30 oyunda 17 qol vurub, bütün turnirlərdə isə ümumilikdə 24 dəfə fərqlənib.

saytlarin hazirlanmasi

Избранный
0
sportal.az

1Источники