RU

Ərdoğandan Pakistana dəstək -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.Metbuat.az xəbər verir ki, telefon danışığı zamanı Hindistan və Pakistan arasındakı gərginlik və münaqişə müzakirə edilib. Ərdoğan Türkiyənin Pakistanla həmrəy olduğunu bildirib, hücumda şəhid olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Ərdoğan Türkiyənin bu prosesdə Pakistanın sakit və mötədil siyasətini dəstəklədiyini və Cammu və Kəşmirdəki terror aktı ilə bağlı qərəzsiz, şəffaf və etibarlı beynəlxalq araşdırma aparılması təklifinin məqsədəuyğun olduğunu bildirib.

Ərdoğan Türkiyənin gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini bildirib.

Избранный
0
3
metbuat.az

4Источники