RU

Zabratda 1 əsrdən çox yaşı olan bina hər an uça bilər – VİDEO

21 ailənin yaşadığı 100-dən artıq yaşı olan bina təhlükəli vəziyyətdədir.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi Nəsibə Zeynalova ünvanında yerləşən 64 saylı binadan gedir. Sakinlər deyirlər ki, istismar müddətini başa vuran qəzalı bina onlar üçün təhlükə yaradır, yağışlı havalarda evləri su basır, pilləkənlər uçub-tökülür, eyni zamanda döşəmələrdəki taxtalar aralanır. Binanın mərkəzi kanalizasiya xətti olmadığından zirzəmiyə su yığılır. Onlar binada nəinki yaşamaq, hətta gecələməkdən belə qorxduqlarını bildirirlər.

Sakinlərin sözlərinə görə, qəzalı binanın vəziyyəti ilə bağlı müxtəlif qurumlara dəfələrlə məlumat verilib. Hətta binanın yaşayış üçün uyğun olmadığı haqda ekspertiza üçün nümunələr də götürülüb. Lakin nə sakinlər köçürülür, nə də binada söküntü işləri aparılır.

73 saylı Mənzil İstismar sahəsindən “Xəzər Xəbər”ə bildirilib ki, sözügedən qəzalı binanın vəziyyəti və problemin həlli ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
0
1
nocomment.az

2Источники