RU

Yeni texnologiyalar enerji sektorunun transformasiyasında mühüm rol oynayır - Vitse-prezidenti Bharqav Dasqupta

Milan. Trend:

Özəl sektorun təqdim etdiyi innovativ və qabaqcıl texnologiyalarenerji istehsalı, paylanması və saxlanması sahəsində gələcəkdətransformativ rol oynayacaq.

Trend-in Milandaolan xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Asiya İnkişafBankının (AİB) Bazar Həmrəyliyi üzrə vitse-prezidenti BharqavDasqupta AİB-in 58-ci İllik Toplantısının yekun sessiyasında çıxışızamanı deyib.

Dasqupta qeyd edib ki, bərpa olunan enerji mənbələrinin sürətliinkişafı ilə yanaşı, rəqəmsal texnologiyalar da enerjisistemlərinin qlobal miqyasda transformasiyasında getdikcə dahamühüm rol oynamaqdadır.

“Biz enerji sistemlərinin rəqəmsal transformasiyasını müzakirəetdik. Ağıllı şəbəkələrdən və süni intellektdən tutmuş tələbə uyğunenerji cavablarına, bulud yaddaşına və paylanmış enerjininsaxlanması kimi konsepsiyalara qədər bir çox maraqlı texnologiyalarortaya çıxır”, – o bildirib.

Vitse-prezident əlavə edib ki, bu texnologiyaların bəziləriilkin mərhələdə baha başa gəlsə də, geniş miqyasda tətbiq edildikcəxərcləri əhəmiyyətli dərəcədə azalır.

“Bu texnologiyalar ilkin mərhələdə bahalı ola bilər. Ammaonların gözəlliyi ondadır ki, miqyaslandıqca xərclər sürətləazalır. Məsələn, Hindistan kimi ölkələrdə ilkin dəstəyə ehtiyac olabilər, lakin bu texnologiyalar sonradan kommersiya baxımındansərfəli hala gəlir”, – Dasqupta qeyd edib.

O, həmçinin özəl sektorun enerji keçidindəki roluna toxunaraq,onun təkcə maliyyə deyil, həm də innovasiya, təcrübə və səmərəlilikgətirdiyini vurğulayıb.

“Özəl sektor yalnız kapital deyil, eyni zamanda təcrübə,səmərəlilik və tətbiq imkanlarını təqdim edir. Bunlar enerjikeçidində əsas amillərdir”, – vitse-prezident əlavə edib.

Dasqupta bildirib ki, AİB-in bazarların inkişafı sahəsindəgöstərdiyi səylər artıq müsbət dinamika yaradıb və bu prosesdəbizneslərlə əməkdaşlıq irəliləyişi daha da sürətləndirəcək.

“Bazarların inkişafı istiqamətində birgə gördüyümüz işlərolduqca ümidvericidir. Bu prosesin necə davam edəcəyini diqqətləizləyirik”, – o vurğulayıb.

Избранный
0
az.trend.az

1Источники