RU

Ukrayna ilə bağlı qərar vermənin vaxtı çatıb - Tramp

"Artıq Ukraynadakı münaqişəni, nəhayət həll etmək üçün qərar qəbul etməyin vaxtıdır".

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.

Xəbərdə qeyd edilib ki, mayın 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya-Amerika danışıqlarının eyni tempdə davam etdiyini bildirib. 

Bu fonda ABŞ-nin vitse-prezidenti Cey Di Vens qeyd edib ki, Birləşmiş Ştatlar hesab edir ki, Rusiya Ukrayna ilə bağlı danışıqlarda həddən artıq çox şey tələb edir, lakin Ağ Ev Rusiyanın böhranın həllində maraqlı olduğunu görür.

QAZİLER.AZ

Избранный
0
1
qaziler.az

2Источники