Mayın 9-da potensial təhlükəli hesab edilən 612356 (2002 JX8) asteroidi Yer yaxınlığında uçacaq.
Turkustan.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb.
NASA-nın məlumatına görə, göy cismin uzunluğu 305,2 metrdir. 612356 (2002 JX8) ilə planetimizə olan məsafə 4,206,656 km olacaq.
Əgər asteroid Yerə 7,5 milyon km-dən yaxın məsafədə yaxınlaşarsa və ölçüsü 150 m-dən çox olarsa, NASA onu “potensial təhlükəli obyekt” hesab edir.
Kosmik qaya 612356 (2002 JX8) eyni vaxtda hər iki parametrin altına düşür.
Aytən Yaşar/ Turkustan.az