RU

Ukraynada qadınların hərbi xidmətə çağırış məsələsi aktuallaşır

Ukrayna Silahlı Qüvvələrinin gender məsələləri üzrə müşaviri Oksana Qriqoryeva qadınların hərbi xidmətini bərpa etməyin vacib olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Qriqoryeva Norveçin təcrübəsindən istifadə edilə biləcəyini vurğulayıb.

Norveçdə qadınlar və gənc qızlar könüllü olaraq hərbi xidmətə yazılır və sonra orduya daha çox cəlb olunur. O, belə bir yanaşmanın Ukraynada da tətbiq edilə biləcəyini düşünür və bununla qadınların orduda daha fəal iştirak etmələrinin mümkün olduğunu bildirir.

Qriqoryeva 2014-cü ildə qadınların yalnız öz istəkləri ilə hərbi xidmətə gediklərini qeyd edərək, onların motivasiyasını yüksək qiymətləndirib.

O, həmçinin qadınların cəlb edilməsi məsələsində ciddi təbliğatın aparılmaması və bunun nəticəsində bu məsələnin indiki vəziyyətə düşməsi barədə də fikirlərini bildirib.

Bundan əvvəl Ukrayna Ali Radası 60 yaşdan yuxarı olan ukraynalıların da hərbi xidmətə cəlb edilməsinə icazə verən qanun layihəsini qeydə almışdı. Bu qanunla həmin şəxslər müqavilə əsasında Ukrayna Silahlı Qüvvələri ilə əməkdaşlıq edərək xidmətə qoşula biləcəklər.
Избранный
0
1
sherg.az

2Источники