RU

Azərbaycanlı MMA döyüşçüsü: "Bu çəkidə döyüşməyə özümü tam hazıram"

"Hazırlıqlar yaxşı gedir".

İdman.biz xəbər verir ki, bunu azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turniri ilə bağlı danışarkən deyib.

Zoom üzərindən xüsusi sessiyaya qoşulan 31 yaşlı idmançı yarışla bağlı fikirlərini bölüşüb: "Hər bir döyüşçü nə qədər hazır olduğu haqqında fərqli fikirlər söyləyə bilər. Mən isə sadəcə işimi göstərirəm. Sizlər bunu iyunun 21-i görəcəksiniz".

O bildirib ki, hazırda çəki dəyişmək haqqında düşünmür: "Bu çəkidə döyüşməyə özümü tam hazır sayıram və bu şəkildəki ən güclü döyüşçülərlə vuruşmaq istəyirəm".

Sadıxov azərbaycanlı döyüşçülər arasında UFC-də döyüşə biləcək potensialda olan idmançıların olduğunu vurğulayıb: "Asəf Çopurov indi də hazırdır. Tariyel Abbasov Məhəmmədəli Osmanlı və Əli Quliyevin isə UFC-də döyüşmək üçün potensialları var. Sadəcə müəyyən vaxt lazımdır ki, onlar tam hazır olsunlar".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Nazim Sadıxovla braziliyalı Nikolas Motta ilə döyüşəcək.

Aytac Sahəd
İdman.biz

Избранный
0
idman.biz

1Источники