Vatikanda 267-ci Papanın seçilməsi üçün qurultay başlayıb.
Bizim.Media xəbər verir ki, yeni Papanın seçilməsi üçün namizəd səslərin üçdə ikisini almalıdır.
Birinci gün səsvermənin bir turu keçirilir; qalib müəyyən edilmədikdə, növbəti günlərdə gündə dörd dəfə səsvermə keçirilir.
Konklavların uzunluğu fərqlidir: Papa Fransisin seçilməsi ən sürətli seçkilərdən biri idi və o, beş tur səsvermənin ardından ikinci gün seçildi.
Ən uzun konklav təxminən üç il (1268-ci ilin noyabrından 1271-ci ilin sentyabrına qədər) davam edib və həmin illər ərsində üç namizəd də vəfat edib.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də 89 yaşında dünyasını dəyişib. O, aprelin 26-da dəfn edilib.
Bizim.Media