Almaniyanın müdafiə naziri Boris Pistorius ölkənin illik müdafiə xərclərini 60 milyard avrodan çox artırmağı planlaşdırır.
HİT.az xəbər verir ki, "Reuters" öz mənbələrinə istinadən yazıb.
"Pistorius ölkənin illik müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmaq istəyir", deyə agentliyin məlumatında qeyd edilir.
Mart ayında Almaniyanın kansleri vəzifəsinə bir gün əvvəl təyin olunan CDU/CSU blokunun rəhbəri Fridrix Merz hökumətin borclarının artırılması məsələsində Yaşıllar Partiyası ilə razılığa gəldiyini açıqlamışdı. O qeyd edib ki, əldə olunan vəsait müdafiə büdcəsi və infrastruktur layihələrinin maliyyələşdirilməsinə sərf olunacaq.
Daha sonra Almaniya parlamenti (Bundestaq) 736 deputatdan 513-ü düzəlişlərin lehinə səs verərək islahatı təsdiqləyib.
"Səsvermənin nəticələri əsas prioritetlər: təhlükəsizlik və inkişaf üzrə konsensusu əks etdirir", deyə Bundestaqın prezidenti Barbel Bas bildirib.
Samir