RU

“Kəpəz”in yeni rəhbərliyinin baş məşqçi ilə bağlı mövqeyi açıqlandı – Azər Bağırov qalır, ya gedir?

Bilindiyi kimi, Mirça Rednik yayda “Kəpəz”in baş məşqçisi olacağını bildirib. Hətta rumıniyalı mütəxəssis Gəncə təmsilçisiylə danışıqlar zamanı maliyyə şərtlərində razılaşdıqlarını dilə gətirib.

“Sarı-göylər”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev “digisport.ro” saytına açıqlamasında klubun bu məşqçiylə danışıqlar aparmadığını bildirib. Əlavə edib ki, bəlkə də komanda ilə əlaqəsi olmayan hansısa vasitəçi Redniklə əlaqə saxlayıb. Təbii ki, belədə ağla Erkin İbrahimov gəlir. Axı menecerin “Kəpəz”in yeni rəhbərliyi ilə yaxın əlaqələrinin olduğunu, hətta bir çox məsələdə kluba yardım etdiyini bilirik.

Erkin bəylə əlaqə saxlayıb durum haqda məlumat almağı lazım bildik. Onun “Football-plus.az”a cavabı:
“Mirça Redniklə əlaqə saxlamamışam. Buna ehtiyac yoxdu. Çünki “Kəpəz”in yeni rəhbərliyi komandanı yerli baş məşqçinin çalışdırmasının tərəfdarıdı. Klubun planlarında nəinki Redniklə, ümumiyyətlə, hansısa legioner məşqçiylə çalışmaq yoxdu. “Kəpəz” ancaq öz mütəxəssislərimizə güvənmək niyyətindədi”.

KƏNAN BAHADIR
Избранный
0
football-plus.az

1Источники