RU

Braziliya prezidenti də Qələbə Gününü qeyd edəcək


Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qələbə bayramında iştirak etmək üçün Moskvaya uçub. Bu barədə RİA Novosti məlumat yayıb.
Nəşrin məlumatına görə, Braziliya prezidentinin təyyarəsi Vnukovo-2 hava limanına enib. Mayın 9-da Lula da Silvanın Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Qızıl Meydanda keçiriləcək paradda iştirakı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Myanma İttifaqı Respublikasının Baş naziri general Min Aunq Hlainq, Kuba Prezidenti Migel Diaz-Kanel, Serbiya Prezidenti Aleksandar Vuçiç və Çin Xalq Respublikasının sədri Si Cinpinq də Qələbə Gününü qeyd etmək üçün Rusiyaya gəlmişdilər.

aia.az
Tərcümə şöbəsi



Избранный
0
aia.az

1Источники