Azərbaycan Prezidenti İlham Əliyev bu il Moskvada Qırmızı Meydanda keçiriləcək ənənəvi 9 May Qələbə Paradında iştirak etməyəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.
KONKRET.az xəbər verir ki, Uşakovun sözlərinə görə Azərbaycan Prezidenti tədbirdə iştirak etməyəcək:
“İlham Heydər oğlu bu il Qələbə Paradına gəlməyəcək. Amma Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədə qalır və ikitərəfli dialoq davam edir”, – deyə Kremlin rəsmisi bildirib.
Natiq Səlim,
KONKRET.az