RU

Pulkovo hava limanında onlarla təyyarə növbədə – BÖHRAN YARANDI

Moskva hava limanlarının PUA hücumları səbəbindən müvəqqəti bağlanması Sankt-Peterburqdakı Pulkovo hava limanında ciddi sıxlığa səbəb olub.

KONKRET.az xəbər verir ki, BAZA nəşrinin məlumatına görə, Pulkovo hava limanında artıq 50-dən çox “artıq” təyyarə toplanıb. Bu təyyarələr Moskva əvəzinə məcburi şəkildə Sankt-Peterburqda eniş ediblər. Nəticədə hava limanı normaldan çox yüklənib, bu isə infrastrukturun imkanlarını aşır.

Ən böyük problem isə trapanların çatışmazlığıdır. Mövcud təyyarə axınına uyğun sayda trapan olmadığından, təyyarələr park zonalarında mühərriklərini söndürərək, uzun müddət sərnişinlərin düşməsi üçün gözləməli olurlar. Bildirilir ki, bəzi reyslərdə trapan gözləmə müddəti 2 saata qədər uzanır.

Pulkovo rəhbərliyi hələlik vəziyyətlə bağlı rəsmi açıqlama verməyib, lakin qeyri-rəsmi məlumata görə, hava limanında fövqəladə rejim tətbiq edilib və Moskvadakı hava məkanının nə zaman açıla biləcəyi ilə bağlı təlimat gözlənilir.

Natiq SƏLİM,
KONKRET.az

Избранный
0
konkret.az

1Источники