RU

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Şəki -Zaqatala Regional Təhsil İdarəsində müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Ucnoqta.az xəbər verir ki, dəyirmi masada Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, eləcə də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dəyirmi masada çıxış edən Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs edib. Bildirilib ki, XX əsrin sonu Azərbaycan xalqının həyatında mühüm bir dövr olmuşdur. 1993-cü ildə Azərbaycan xalqı böyük siyasət adamını – Heydər Əliyevi hakimiyyətə gətirib. Ötən illərdə Ümummilli Liderin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycanı məhv olmaq təhlükəsindən qurtarıb və gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib.

Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, eləcə də dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşü işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməsi ilə nəticələnib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Избранный
0
ucnoqta.az

1Источники