Suriya liderinin Avropaya ilk rəsmi səfəridir.
Suriyanın müvəqqəti hökumətinin prezidenti Əhməd əl-Şaraa Fransaya səfər edib.
Operativ Media xəbər verir ki, təyyarə Şarl de Qoll hava limanına enib.
Bu, Suriya liderinin Avropaya ilk rəsmi səfəridir.
Qeyd edək ki, Əhməd əl-Şaraa ilk xarici səfərini Türkiyəyə etmişdi.