RU

Tibb dünyasında nadir hadisə: Depressiyada olan qadın 2 ay fasiləsiz yatıb

Tibb dünyasında nadir hadisə: Depressiyada olan qadın

Samsunda 26 yaşlı qadın ağır depressiya səbəbilə 56 gün ərzində huşsuz vəziyyətdə qalıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, OMÜ Tibb Fakültəsinin mütəxəssisləri xəstəyə katatoniya diaqnozu qoyaraq EKT (elektrokonvulsiv terapiya) müalicəsinə başlayıblar. Beşinci seansdan sonra xəstə gözlərini açıb və reaksiya verməyə başlayıb.

Daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Özgür Kılıç bildirib ki, xəstənin nevroloji, metabolik, toksik və infeksion testləri normal çıxsa da, heç bir stimula cavab vermirdi. Nəhayət, psixiatr, nevroloq və reanimatoloqlardan ibarət komissiya xəstənin vəziyyətini katatoniya kimi qiymətləndirib.

Prof. Kılıç: “Bu hadisə göstərdi ki, depressiya sadəcə kədər deyil. Bəzən insanı tamamilə susdura və həyatdan ayıra bilər. Lakin vaxtında müdaxilə və komanda işi həyatları xilas edə bilər”.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
0
e-saglam.az

1Источники