RU

Rusiyaya görə G8 formatını bərpa etmək mümkün deyil – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp Rusiyanın G8-dən çıxarılmasını tənqid edib. Lakin o, hesab edir ki, ölkəni G8 formatına qaytarmaq imkanı artıq əldən verilib.

Tramp bunu FİFA prezidenti Canni İnfantino ilə keçirdiyi mətbuat konfransında deyib. “Düşünürəm ki, indi (Rusiyanı geri qaytarmaq üçün doğru zaman deyi). Xeyr, indi deyil. Biz bu fürsəti əldən verdik, elə deyilmi? “Qərarı verməməli olan bəzi insanlar (Rusiyanı istisna etmək) üzündən daha bir gözəl qərarı əldən verdik”, – deyə Tramp bildirib.

Xatırladaq ki, Rusiya 1997-ci ildən 17 il ərzində G8-in üzvü olub. Rusiya tərəfi iki dəfə G8-ə sədrlik edib. 2014-cü ildə Soçidə səkkiz ölkə liderinin görüşünün keçirilməsi planlaşdırılırdı. Lakin həmin ilin martında Krımın işğalı ilə əlaqədar Qərb ölkələri G8 formatında fəaliyyətini dayandıraraq G7 formatına qayıdıblarlar.

//Samir Qurbanov, Editor.az

Избранный
0
editor.az

1Источники