Bu gün AFFA-da daha bir yarışın püşkatma mərasimi təşkil olunub.

Offsideplus.az xəbər verir ki, UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin minifutbol turnirinin püşkü atılıb.

Öncə AFFA-nın inzibati binasında layihədə çalışan məşqçi-müəllimlərlə görüş keçirilib.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov tərəfindən iştirakçılara turnirin 2024-2025-ci illər mövsümü üzrə təyin olunan formatı, yeni qaydaların tətbiqi və digər məsələlərlə bağlı məlumatlar verilib.

Yekunda elektron püşkatma yolu ilə qarşılaşmalar müəyyənləşib.

36 komandanın qatıldığı turnirə mayın 21-də start veriləcək.