Cəlilabad rayonunda avtomobil 10 yaşlı məktəblini vurub.
"Unikal" xəbər verir kİ, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.
Minik avtomobili kənd sakini, 2015-ci il təvəllüdlü Aytən Ağazadəni vuraraq öldürüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, mayın 7-də saat 15 radələrində A.Əlilinin idarə etdiyi "VAZ" markalı avtomobillə Cəlilabad rayonunun Təklə kəndində hərəkətdə olarkən piyada 2015-ci il təvəllüdlü A.Ağazadəni vurulub. Piyada aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.
Tural Əhmədov