RU

“Ukrayna 8 mindən çox məhbusu orduya cəlb edib” – Pikalov

Ukraynada daha çox məhbusordu sıralarına qoşula bilər.

Bu barədə Ukraynanın ədliyyə nazirinin müavini Yevgeni Pikalov məlumat verib.

Onun sözlərinə görə, hazırda 8300-dən çox məhkum artıq Silahlı Qüvvələrin sıralarına qoşulub, daha 1000 nəfərin müraciəti isə baxılma mərhələsindədir. Bundan əlavə, orduya 100 qadın da cəlb olunub

“Əgər bu təşəbbüsün potensialına nəzər salsaq, hesablamalarımıza görə, hazırda cəzaçəkmə müəssisələrində olan məhbusların təxminən 20-30 faizi bu imkandan istifadə edərək dövləti müdafiə etmək üçün ordu sıralarına qoşula bilər,” – deyə Pikalov bildirib.

Nazir müavini əlavə edib ki, bu təşəbbüs təkcə ordunun şəxsi heyətini gücləndirməyə deyil, həm də keçmiş məhbusların cəmiyyətə reinteqrasiyasına xidmət edir.

Qeyd edək ki, hazırda Ukraynada məhkəmə qərarı ilə məhkum edilmiş və cəza çəkən 37 minə yaxın şəxs var.

Избранный
0
7times.az

1Источники