RU

18 yaşlı idmançı faciəvi şəkildə öldü

Amerikalı tennisçi Brayn Levi qəzanın qurbanı olub.

 

Sfera.az xəbər verir ki, Levi sərxoş vəziyyətdə sükan arxasında olan qadın sürücü tərəfindən vurularaq öldürülüb. Hadisə bazar günü səhər saatlarında Kaliforniya ştatının Manhetten-Biç şəhərində, Cənub-Sepulveda bulvarında baş verib. Bu barədə "Los Angeles Times" məlumat yayıb.

 

Polis 33 yaşlı Los-Anceles sakini olan qadını qəza nəticəsində adam öldürmək və sərxoş halda avtomobil idarə etmək şübhəsi ilə saxlayıb. Qeyd olunur ki, həmin şəxs əvvəllər də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün məsuliyyətə cəlb olunub və sürücülük hüququndan məhrum edilib. Hal-hazırda qadın girov hüququ olmadan həbsdə saxlanılır.

 

Qeyd edək ki, Brayn Levi universitet tennisində göstərdiyi nəticələrlə gənc yaşında böyük ümidlər vəd edən idmançılardan biri hesab olunurdu.

Избранный
0
1
sfera.az

10Источники