RU

Protein tozunun həddindən artıq istifadəsi sağlamlıq üçün təhlükəlidir

Protein tozunun həddindən artıq istifadəsi

Gənclər arasında geniş yayılan protein tozlarının istifadəsi sağlamlıq üçün ciddi risklər doğurur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Medipol Meqa Universitet Xəstəxanasının Qastroenterologiya mütəxəssisi Prof. Dr. Vedat Göral bildirir ki, bu məhsulların şüursuz və uzunmüddətli istifadəsi qaraciyər çatışmazlığı, böyrək zədələnməsi, ürək problemləri və hətta ölümə səbəb ola bilər.

Prof. Dr. Göral qeyd edir ki, protein tozları tərkibcə süd, yumurta, soya və zərdabdan ibarət olsa da, bəzilərində anabolik steroid əlavələri də olur. Bu maddələr əzələ artımını stimullaşdırsa da, eyni zamanda qaraciyəri zədələyir, siroza və transplantasiya ehtiyacına qədər gətirib çıxara bilir. Xüsusilə spirtlə birlikdə istifadə riski artırır.

Əsas qaraciyər xəstəlikləri və ya yağlanması olan şəxslər üçün bu əlavələr son dərəcə təhlükəlidir. Bundan əlavə, zülal tozları ürək və böyrək fəaliyyətini də poza bilər. Artıq bəzi gənclərin bu əlavələr səbəbilə həyatını itirdiyi hallara rast gəlinib.

Prof. Dr. Göral təbii qidalanmanın və orqanik məhsullara üstünlük verilməsinin vacibliyini vurğulayır. O bildirir ki, balanssız və qeyri-təbii zülal əlavələri bədənin tarazlığını poza və toksik təsir yarada bilər. Onun tövsiyəsi: "Əgər zülal əlavəsinə ehtiyac varsa, mütləq həkim məsləhəti ilə və qısa müddətli istifadə edilməlidir. Ən sağlam yol isə təbii və orqanik qidalarla bədəni gücləndirməkdir".

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
0
e-saglam.az

1Источники