RU

Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşdü - YENİLƏNİB

Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakıdan Moskvaya yola düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
Serbiya Prezidentinin təyyarəsinin Azərbaycana enişi hər hansı fövqəladə vəziyyətlə deyil, əvvəlcədən planlaşdırılmış texniki zərurətlə yanacaq doldurmaq məqsədilə bağlı olub.
 
“Bakıya eniş planlı idi. Təyyarənin yanacaqla təchiz olunması üçün bu dayanacaq zəruri idi”, - Serbiya tərəfindən verilən açıqlamada bildirilib.
 
16:16
 
Serbiya Prezidenti Aleksandar Vuçiç rusiyalı həmkarı Vladimir Putin ilə görüşmək üçün Moskvaya səfər etmək məqsədilə yola çıxıb, amma Ukraynadakı müharibə və hava məkanında silahlı toqquşmalar səbəbindən təyyarəsi Azərbaycanda məcburi eniş edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.
 
Məlumata görə, Serbiya prezidentinin təyyarəsi Rusiya ərazisinə keçə bilməyib, çünki bölgədə təhlükəsizlik riskləri mövcud olub. Bu risklərə, o cümlədən hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və münaqişə zonasında təyyarənin məhv edilməsi ehtimalı daxil olub və nəticədə Prezident Vuçiç və nümayəndə heyəti Azərbaycana məcburi eniş edib.
 
 
 
Избранный
0
moderator.az

1Источники