Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrdə yerləşən Sünik (Zəngəzur), Geqarkunik (Basarkeçər) və Tavuş rayonlarının əhalisi 7 ildə 41,5 min nəfər azalıb.
Modern.az xəbər verir ki, bu barədə “Yaşayacaq torpaq” partiyasının həmtəsisçisi “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan bildirib. O, şağıdakı rəqəmləri təqdim edib:
Sünik (Zəngəzur) – 21.700 nəfər;
Geqarkunik (Basarkeçər) - 14.000 nəfər;
Tavuş – 5.800 nəfər.
“Bu, hökumətin təhlükəsizlik və sosial-iqtisadi siyasətinə verilən ən bariz qiymətdir”, - deyə Mesrop Arakelyan qeyd edib.