RU

Teatr Xadimləri İttifaqında gənclərlə görüş təşkil olunub

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən görüş ittifaqın Mustafa Mərdanov səhnəsində təşkil olunub.

Görüşdə Xalq artisti Hacı İsmayılov, sədr müavini, Əməkdar artist Azad Şükürov, ittifaqın əməkdaşları və gənclər iştirak ediblər.

Hacı İsmayılov gəncləri salamladıqdan sonra Ulu Öndərin teatr xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.

Hacı İsmayılov Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin yüksəlişi və xalqın xoş gələcəyi naminə fəaliyyətindən, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onunla canlı görüşlərindən danışıb.

Səmimi şəraitdə keçən tədbirdə Hacı İsmayılov Azərbaycan mədəniyyətinin, onun həssas qolu olan teatr sənətinin bu günündən, yeni yaradıcılıq işlərindən söhbət açıb, gənclərin suallarını cavablandırıb.

Sonda xatirə şəkli çəkilib.

 

Избранный
0
azertag.az

1Источники