RU

Rusiya-Urayna savaşı səngimir: Ankara və Vaşinqtonun birgə addımları da faydalı olmayacaq

Vaşinqton və Ankara Ukraynadakı münaqişənin həlli üçün birgə səylər göstərməyə razılaşıblar.
Bu barədə “Reuters” məlumat yayıb.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında telefon danışığı keçirilib. Görüşdən sonra iki ölkənin liderləri regional münaqişələrin, o cümlədən Ukraynadakı münaqişənin həlli istiqamətində birgə addımlar atmağa qərar veriblər.
Türkiyə prezidentinin ofisindən verilən açıqlamaya görə, Ərdoğan münaqişənin həllinə böyük əhəmiyyət verdiyini bildirib. Həmçinin, yaxın gələcəkdə Türkiyə ərazisində Ukrayna ilə bağlı danışıqların keçirilməsi ehtimalı da gündəmə gəlib. ABŞ və Türkiyə bu istiqamətdə birgə fəaliyyət göstərməyi qərara alıb və Ukraynadakı böhranın həllinə dair yeni addımlar atmağı planlaşdırır", - məlumatda qeyd olunub.

Politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, Tramp və Ərdoğan arasında bir neçə gün öncə baş tutan telefon danışığı barəsində elə ABŞ Prezidenti özü də məlumat vermişdi ki, ikitərəfli regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində çox faydalı müzakirələr olub:


"Bu gün münaqişə elə bir mərhələdədir ki, ABŞ-nin bu istiqamətdəki təktərəfli vasitəçiliyinin ciddi nəticələr verməməsi fonunda Ankara və Vaşinqtonun birgə atacaqları addımların qənaətbəxş olacağını düşünmürəm. Türkiyə müharibənin ilkin mərhələsində istər "Taxıl" sazişinin imzalanması, istərsə də tərəflər arasında sülh müqaviləsinin əldə edilməsi ilə bağlı təşəbbüs göstərərək vasitəçiliyini irəli sürmüşdü. Eyni zamanda Hazırda Rusiya və Ukraynanın məsələyə baxış bucağı kəskin dərəcədə fərqləndiyinə görə, yaxın zamanlarda sülhün reallaşması həqiqi görünmür. Əksinə, yeni hərbi qarşıdurmanın, işğal və digər gərginliklərin yaşana bilər. Bu baxımdan ABŞ və Türkiyənin müharibəyə töhfə vermək istədikləri nə qədər alqışlansa da, heç bir effekti olmayacaq".

Politoloq qeyd edib ki, Ankara yerləşdiyi regionda, xüsusilə Qara dəniz hövzəsində müharibənin deyil, iqtisadi əməkdaşlıq və qarşılıqlı regional inteqrasiyanın reallaşmasında maraqlıdır:
"Həmçinin hazırda Türkiyə-Rusiya münasibətləri kifayət qədər yüksək müstəvidədir. Ümumiyyətlə işğalın ilk günlərindən etibarən Ukrayna dövlətinə və xalqına qarşı Türkiyənin göstərdiyi dəstək Rəcəb Tayyib Ərdoğanın haqq-ədalətin bərpaçısı olduğunu bir daha sübut etdi".
Избранный
0
sherg.az

1Источники