RU

“Zəng edin və soruşun”: Peskov Moskvaya hücumların məqsədlərindən danışıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumlarının məqsədinin nə olduğu sualı ilk növbədə Kiyevə verilməlidir.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, o, Ukraynanın pilotsuz təyyarələrinin Moskva və Moskva vilayətinə endirdiyi zərbələri belə şərh edib.

"Zəhmət olmasa Kiyevə zəng edin, soruşun", - deyə Peskov cavab verib.

Bir qədər əvvəl Kremlin sözçüsü bildirib ki, Qələbənin 80-ci ildönümünün qeyd olunması zamanı Rusiya Silahlı Qüvvələri lazımi təhlükəsizlik tədbirlərini təmin edir. O vurğulayıb ki, təkcə Rusiya hərbçiləri deyil, həm də xüsusi xidmət orqanları hər şeyin qaydasında getməsi üçün bütün lazımi tədbirləri görür.

QAZİLER.AZ

Избранный
0
qaziler.az

1Источники