RU

Papanın yayımlanmayan müsahibəsi: Rusiya və Ukrayna haqda görün nə deyib

  Katolik kilsəsinin keçmiş lideri Papa Fransisk ölümündən əvvəl “Sputnik”-ə müsahibəsində Ukrayna böhranının həlli üçün danışıqlara ehtiyac olduğunu bildirib.

Danışıqları dəstəkləyən Papa kütləvi qırğın silahlarının istehsalı və istifadəsinin qəbuledilməz olduğunu bəyan edib.

"Ukrayna və Rusiya qardaş xalqlar və qonşudurlar. Coğrafiyaya görə onlar həmişə və hər şəraitdə qonşu olaraq qalacaqlar", - deyə o söyləyib.

Papa Ukrayna Pravoslav Kilsəsinə qarşı təqiblərə də münasibət bildirib: "Dünyanın heç bir ölkəsində adi insanlar kimi keşişlər də dini, hətta siyasi baxışlarına görə təqib edilməməlidir. Monastırlar və məbədlər toxunulmaz olmalıdır".

Keçmiş lider müasir iqtisadiyyatın getdikcə daha çox hərbiləşdiyini və bunun əvəzini gələcək nəsillərin ödəməli olduğunu qeyd edib.//publika.az


Избранный
0
1
referans.az

2Источники