Xəbər verdiyimiz kimi, ötən gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasına iqtisadiyyat naziri təyin edilməsi haqda məlumat yayılmışdı. Bu gün isə həmin şəxsin vəzifədən azad edilməsi haqda xəbər gündəm oldu.
“Yeni Sabah” bildirir ki, məsələ haqda rəsmi açıqlama yayılıb. Açıqlamada bildirilir ki, mayın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
İclasda digər məsələlərlə yanaşı Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin vəzifəyə təsdiq edilməsi müzakirə olunub. Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə namizəd barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2025-ci il 5 may tarixli təqdimatı Ali Məclisə daxil olub.
Təqdimat oxunub, namizəd haqqında ətraflı məlumat verildikdən sonra “Kazım Yaşar oğlu Hüseynəliyevin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
Bəxtiyar Məmmədov yeni vəzifəyə təyin olunması münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Telegram kanalımız