RU

Rusiyanın hava məkanında qarışıqlıq - FOTO - VİDEO

Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib. 

Avtosfer.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Bildirilib ki, Vuçiç bu gün Moskvaya səfərə yollanıb. Amma onun uçduğu təyyarə müharibə və hava məkanında gedən döyüş əməliyyatları səbəbindən məcburi eniş etməli olub: "Təyyarə təhlükəsizlik riskləri, o cümlədən hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və münaqişə zonasında müdaxilənin mümkünlüyü səbəbindən Rusiyaya doğru irəliləyə bilməyib. 

Hazırda Şərqi Avropada artan gərginlik və hərbi əməliyyatlar nəzərə alınaraq, Moskvaya uçuş təhlükəli elan edilib və prezidentin nümayəndə heyətinin səfəri Azərbaycanın paytaxtı Bakıda dayandırılıb.

Hazırda uçuşun davam etməsi üçün təsdiq gözlənilir, həmçinin Moskva hava limanlarının hazırda bağlı olduğunu bildirilir".

Qeyd edək ki, Vuçiçin Rusiya prezidenti Vladimir Putinlə görüşü və Qələbə Günü paradında iştirak etməsi planlaşdırılırdı. 

Избранный
0
avtosfer.az

1Источники