RU

Kobaxidze “MEGOBARI Aktı”nın qəbul edilməsinə münasibət bildirib

Tramp administrasiyası “dərin dövlət”i məğlub edə bilsə, Gürcüstanla ABŞ arasında münasibətlər düzələcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Nümayəndələr Palatasının “MEGOBARI Aktı”nı qəbul etməsinə münasibət bildirərkən deyib.

“Trampla “dərin dövlət” arasında mübarizə davam edir. Bu cür qərarların qəbul edilməsi göstərir ki, bəzi anlarda “dərin dövlət” Tramp administrasiyasını məğlub edə bilir. Biz iki gün öncə də bunu gördük. Bizim hələ də nikbin gözləntilərimiz var ki, Tramp administrasiyası qalib gələcək. Əgər bu baş versə, ABŞ-Gürcüstan əlaqələri inkişaf edəcək”, - Kobaxidze deyib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası mayın 6-də Gürcüstanla bağlı “MEGOBARI Aktını” qəbul edib. Aktı 168 respublikaçı, 181 demokrat olmaqla 349 konqresmen dəstəkləyib, 42 konqresmen əleyhinə səs verib, 42-si isə neytral qalıb. Qanun layihəsi bütün yardım proqramları da daxil olmaqla ABŞ-Gürcüstan əlaqələrinin tam nəzərdən keçirilməsi, gürcü xalqının Avro-Atlantik inteqrasiyasının dəstəklənməsini, ABŞ Prezidentindən Gürcüstanı Avro-Atlantik inteqrasiya yolundan uzaqlaşdıran “Gürcü Arzusu” rəsmilərinə və onun dəstəkçilərinə sanksiya tətbiq etməsini çağırışı və.s yer alır. Qanun layihəsi qüvvəyə minməsi üçün növbəti mərhələdə Senat tərəfindən təsdiqlənməlidir.

Избранный
0
1
apa.az

2Источники