RU

İqtisadi şaxələnmə və diplomatik UĞUR: Azərbaycan-Vyetnam əməkdaşlığının YENİ PERSPEKTİVLƏRİ – Tənzilə Rüstəmxanlı yazır

Azərbaycan Prezidentinin son illər bütün müsahibə və çıxışları dövlətimizin xarici siyasət kursu ilə bağlı mühüm mesajlarla yadda qalır. Bu baxımdan, ölkə başçısının Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsi də xüsusi diqqət çəkdi.

Müsahibəsində Prezident iki ölkə arasındakı münasibətlərin tarixi və gələcək perspektivi ilə bağlı geniş açıqlama verib. Bildirək ki, Vyetnam bir müddət öncə ölkənin birləşdirilməsi ilə başa çatan mübarizənin 50 illiyini təntənə ilə qeyd etdi. Təbii ki, bu mübarizə və inkişaf yolu asan olmayıb. Bu yolda dost ölkələrin və xalqların hərtərəfli dəstəyi əvəzsiz olub. Qürur hissi ilə demək olar ki, Vyetnamın müharibədən sonrakı bərpasında, xüsusən də neft-qaz sənayesinin qurulmasında Azərbaycan xalqının çox böyük dəstəyi olub.

media-771d2b19-abce-4a9a-82de-8a377a1a4d75-2-960x640

Prezident İlham Əliyev müsahibəsində Vyetnamla ölkəmiz arasında əlaqələrin hələ ötən əsrdən başladığını bildirib. Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə 1981-ci ildə “Vietsovpetro” Sovet–Vyetnam birgə müəssisəsi yaradılıb və bu ölkənin neft yataqlarının kəşfiyyatı, hasilatı üçün Azərbaycanın onlarla qabaqcıl neft mühəndisi, geoloqu, ixtisaslaşmış işçisi Vyetnama ezam olunub.

Vyetnam xalqının öndəri Ho Şi Min 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyev isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama tarixi səfərdə olub. Ölkə başçısının müsahibəsində də qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyevin 42 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb.

Azərbaycanın Vyetnamla dostluğu yalnız enerji sahəsində olmayıb. SSRİ dövründə minlərlə vyetnamlı tələbə, xüsusilə Bakıdakı Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. Onların bir çoxu sonradan öz ölkələrində yüksək vəzifələrə yüksəlib, Azərbaycana isə “ikinci Vətən” kimi qayıdıblar.

Tərəflər arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfəri isə Azərbaycan–Vyetnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır.

İqtisadi-ticari münasibətlərə toxunan dövlətimizin başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.

Избранный
0
3
busaat.az

4Источники