RU

Rusiya yenidən güc nümayiş etdirəcək

Rusiya

“Rusiya prezidenti Vladimir Putin 9 Mayda Moskvada baş tutacaq paradda “Kreml hələ də güclüdür!” - mesajını vermək istəyir. Bununla belə, bu hadisəni həm də müharibə yorğunluğunun nümayişi kimi qiymətləndirmək olar”.

Reyting.az
xəbər verir ki, bunu Britaniyanın məşhur analitiki Roker Boyes deyib.

Roker Boyes qeyd edib ki, cümə günü Putin və qonaqları Qırmızı meydanda ehtiyatla səmaya baxaraq, Moskvanın hava hücumundan müdafiə sistemlərini yara biləcək Ukrayna pilotsuz təyyarəsini gözləyə bilərlər.

Onun sözlərinə görə, parad daha az bayrama və daha çox “Kremlin güc nümayişinə” bənzəyir.

R. Boyesin fikrincə, tədbirin əhəmiyyəti mərasim əzəmətində deyil, təhlükənin eyhamındadır. “Qonaqlardan biri olan Nikolas Maduro 2018-ci ildən dron hücumu ilə bağlı təcrübəyə malikdir. Bu arada analitiklər “T-72”, “İsgəndər-M” və mobil qitələrarası raketlərin modernləşdirilməsini qiymətləndirəcəklər - nüvə Rusiyası NATO ilə müharibəyə hazır olduğunu nümayiş etdirəcək”,- deyə məşhur analitik əlavə edib.

R. Boyes qeyd edib ki, Moskva paradı həm əzələ nümayişidir, həm də diqqəti yayındırmaq cəhdidir.

E. KAMAL
Избранный
0
reyting.az

1Источники