RU

Plastik əməliyyatlardakı ölüm halları - Əsas günahkar kimdir?

Son zamanlar plastik-estetik əməliyyatlara maraq geniş yayılıb. Bəzi vətəndaşların bu əməliyyatlara üz tutmaları bəzən onlar üçün uğurlu olmur. Hətta əməliyyatlardan sonra ölüm halları da baş verə bilir.

Plastik-estetik, rekonstruktiv cərrah Araz Salmanov mövzu ilə bağlı Modern.az saytına danışıb.

Həkim deyib ki, aparılan əməliyyatlar individual olaraq həyata keçirilir.

“Pasiyent dünyasını dəyişibsə, bütün günahı həkimdə görmək düzgün deyil. Baş verən ölüm hadisəsi cinayət hesab edilir və araşdırmaya ehtiyac duyulur. Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində pasiyent ölümünün gerçək səbəbləri ortaya çıxır.

Əgər ölüm halı plastik əməliyyat nəticəsində qeydə alınıbsa, meyit tibbi-ekspertizaya göndərilir. Orada olan cərrah (sahəyə uyğun) əməliyyat texnikasında səhv görürsə, öz rəyini yazır. Ehtiyac olarsa, pataloq-anotom tərəfindən meyit yarılır və araşdırma aparılır. Nəticədə, hüquq-mühafizə orqanları ölümün səbəblərini üzə çıxarır”.

Cərrah söyləyib ki, bəzən pasiyentlər də əməliyyatdan sonra deyilən qaydalara düzgün əməl etmirlər. Bəzən isə yarımçıq yerinə yetirirlər. Elə hallar da olur ki, pasiyent bütün qaydalara əməl edir. Amma ölüm qaçılmaz olur. Bu isə 10 mində 1 dəfə ola bilər.

“Ümumiyyətlə, pasiyentə əməliyyatdan öncə xəbərdarlıq edilməlidir. O, bütün riskləri gözə alırsa, əməliyyat icra oluna bilər. Əməliyyata gələn pasiyent də bilməlidir ki, o, saç, dırnaq baxımına gəlmir. Sinə, bədənşəkilləndirmə, üz, burun, qarın, çanaq və s. nahiyələrdə həyata keçirilən əməliyyatlar gec sağalır və əməliyyatdan sonra ciddi qulluq tələb edir”,- deyə Araz Salmanov vurğulayıb.

Ekspert deyib ki, hər bir pasiyent etdirəcəyi əməliyyatın fəsadlarını bilməli və buna hazır olmalıdır.

“Heç bir həkim iş təcrübəsi və bacarığına baxmayaraq, xəstəyə tam zəmanət verə bilməz. Bu zaman həkim birmənalı şəkildə günahkar sayılır. Sahəsindən asılı olmayaraq, əməliyyat prosesi bədəndə fiziki, psixoloji izlər qoyur”.

Zərif Sofiyeva

Избранный
0
modern.az

1Источники