RU

Çin Hindistan və Pakistanı təmkinli olmağa çağırdı


Çin Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə günü bildirib ki, Çin Hindistan və Pakistanı sakit və təmkinli olmağa və vəziyyəti daha da çətinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çinin Hindistanın Pakistana qarşı hərbi əməliyyatından təəssüfləndiyini və mövcud hadisələrdən narahat olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çinin hər cür terrora qarşı olduğunu qeyd etməklə yanaşı bildirib ki, Hindistan və Pakistan bir-birinin qonşusudur və həmişə də bir-birinin qonşusu olacaq və hər ikisi də Çinlə qonşudurlar. "Biz Hindistan və Pakistanı sülh və sabitliyə üstünlük verməyə, soyuqqanlılığı və təmkinliliyi qorumağa və vəziyyəti daha da çətinləşdirəcək hərəkətlərdən çəkinməyə çağırırıq", - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники