RU

Ağ Evdə "51-ci ştat" mübahisəsi: "Kanada satılmır" deyən baş nazirə Trampın cavabı

ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Mark Karni Ağ Evdə görüşüblər.

Publika.az xəbər verir ki, Karni görüş zamanı Trampın Kanada üçün dediyi “51-ci ştat” məsələsinə toxunub.

"Tramp bir müddətdir ki, bu istəyini dilə gətirir və mən həmişə arzunu reallıqdan ayırmağa diqqət etmişəm. Həmişə kanadalıların adından çıxış edərək bunun heç vaxt baş verməyəcəyini açıq şəkildə ifadə etmişəm. Kanada satılmır və heç vaxt satılmayacaq", - deyə Karni bildirib.

Tramp isə Karninin bu ifadələrinin reallaşıb-reallaşmayacağını zaman göstərəcəyini söyləyərək “Heç vaxt "heç vaxt" demə” sözlərini işlədib.

Избранный
0
publika.az

1Источники