RU

"İki gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur" - "Sabah"ın baş məşqçisi

"Oyuna çox pis başladıq. Hətta xal fərqinin 20-yə kimi yüksəldiyi zaman da oldu".

"Football-plus.az" xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis "Neftçi" ilə oyundan sonra mətbuat xidmətinə açıqlamasında deyib.

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasında final seriyasının 3-cü oyunda qeydə alınan 76:79 hesablı məğlubiyyəti şərh edib:
"Buna baxmayaraq faciə baş verməyib. Seriyada hesabda öndəyik. Final seriyasına layiq oyun oldu. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. İki gündən bir oynadığımıza görə əlavə məşqlərə vaxtımız olmur. Futbolda olduğu kimi burda da vurmayana vurarlar prinsipi keçərlidi".


Qeyd edək ki, "Sabah" seriyanın ilk iki matçında qələbə qazanıb.
Избранный
0
2
football-plus.az

5Источники