RU

Özbəkistanın bir sıra media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlim keçilib — FOTOLAR

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Özbəkistanın bir sıra media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlim keçilib.

Virginia Birləşmiş Universitetinin fəxri dosenti, uzun illər ərzində xəbər agentliklərində müxbir və redaktor kimi çalışmış Cef Sauz tərəfindən “Qabaqcıl jurnalistika üçün rəqəmsal alətlər: Məlumatın tapılması, yoxlanılması və təqdim olunması” mövzusunda təşkil olunan təlim sesssiyasında data jurnalistikasının əsas anlayışları, ictimai maraq doğuran məlumatların toplanma qaydası, təhlili və vizual alətlər vasitəsilə effektiv şəkildə auditoriyaya çatdırılması yolları müzakirə edilib.

Diqqətə çatdırılıb ki, belə təşəbbüslər yalnız təlim xarakteri daşımır, eyni zamanda media sahəsində uzunmüddətli əməkdaşlığın qurulmasına, qarşılıqlı informasiya axınının təşviqinə və jurnalistlər arasında səmərəli işgüzar əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.



Избранный
0
4
demokrat.az

5Источники