Pakistan Silahlı Qüvvələri Hindistan piyada briqadası batalyonunun qərargahını vuraraq komanda məntəqəsini məhv edib.AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə direktoru general Əhməd Çaudri İslamabadda keçirdiyi brifinqdə bildirib. "Pakistan ordusu Hindistanın təcavüzünə tam cavab verib və Hindistan qoşunlarının Kəşmirdə Nəzarət Xəttində atəşkəs rejiminin pozulmasının əlaqələndirildiyi Hindistan briqadası batalyonunun qərargahını məhv edib", - deyə Çaudri qeyd edib.Onun sözlərinə görə, Pakistan Hindistanın Kəşmirin Çhatri, Jura və Sarliya rayonlarında bir neçə hərbi postunu vurub, İslam Respublikası ərazisində hava hücumlarında iştirak edən Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 qırıcını məhv edib. "Biz heç bir Hindistan təyyarəsinin Pakistanın hava məkanını pozmasına icazə vermədik, Pakistanın heç bir təyyarəsi Hindistan sərhədini pozmayıb", - deyə general əlavə edib. Hindistanın hava hücumları nəticəsində 26 pakistanlı ölüb, 46 nəfər yaralanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта