Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Namiq İslamzadə müasir standartlara cavab verən, yüksək texnoloji imkanlarla təchiz edilmiş komanda məntəqəsinin strukturu və fəaliyyəti barədə məlumat verib. Qonaqlara Azərbaycanın hava məkanına nəzarət, uçuş əməliyyatlarının koordinasiyası və qərargah səviyyəsində idarəetmə prosesləri barədə ətraflı brifinq təqdim olunub.
Sonra Kibertəhlükəsizlik Mərkəzinə gələn nümayəndələr Azərbaycan Ordusunun silahlanmasına daxil olan müasir silah sistemi və informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər, eləcə də Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub. Nümayəndə heyətinə müasir kibertəhdidlərə qarşı süni intellekt əsaslı kibermüdafiə vasitələri barədə ətraflı məlumat verilib.
Daha sonra hər iki ölkənin Baş Qərargah rəisləri komando hərbi hissələrindən birini ziyarət edərək hərbi hissədə yaradılan şəraitlə tanış olublar. Hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənildikdən sonra Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikasından ibarət sərgi nümayiş olunub, onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı məlumat verilib.




10Источники
-
senzor.azMacarıstanın Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub ( 17088287)
-
far.azMacarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub ( 17071157)
-
moderator.azKərim Vəliyev və Qabor Böröndi hərbi müəssisələri gəzdi - FOTO/VİDEO ( 17071118)
-
konkret.azMacarıstanın Baş Qərargah rəisi silahlarımıza baxdı – Video ( 17070308)
-
cebheinfo.azMacarıstanın Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində - VİDEO ( 17069318)
-
axar.azMacarıstanın Baş Qərargah rəisi silahlarımıza baxdı - Video ( 17069336)
-
xalqqazeti.azMacarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi hərbi müəssisələrdə olub ( 17068760)
-
operativmm.azMacarıstanın Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub - VİDEO ( 17068568)
-
aznews.azMacarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub ( 17068496)
-
1news.azMacarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi hərbi müəssisələrdə olub ( 17068427)