“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin bu səviyyəyə çatdırılmasına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm töhfələr verib”.
Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev 28-ci Avrasiya İqtisadi Zirvə Toplantısının açılış mərasiminə göndərdiyi müraciətində deyib.
Bildirilib ki, dövlət başçısının müraciətini Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov oxuyub.
Dünyada "parçalanma və gərginliyin artdığı" bir dövrdə dialoqun əhəmiyyətinin azalmadığını deyən İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin bölgədə sülhə xidmət etdiyini bildirib.
Azərbaycan Prezidenti sammitin iqtisadiyyat və enerji kimi məsələlərin müzakirəsi üçün mühüm platforma olmasını arzulayıb və sammitin təşkilatçılarından biri olan Mərmərə Vəqfi Qrupunu 40 illik yubileyi münasibətilə təbrik edib.
Daşqın HəsənovMissiya.Az