RU

Naxçıvanda şəhid atası adı altında dələduzluq edən şəxs saxlanılıb


Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov saxlanılıb.

Onun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu əl keçirdiyi müəyyən edilib.

Belə ki, R.Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü hər kəsə şəhid atası kimi təqdim edib.

Faktla bağlı araşdırma aparılır.

NAMİQ

Избранный
0
30
baki-xeber.com

10Источники