RU

Ermənistanın hər dördüncü sakini yoxsuldur


Bu barədə İqtisadçı Suren Parsyan Ermənistanın Verelq nəşrində yazır.Ekspert qeyd edir ki, Rəsmi statistikaya görə, 2025-ci ilin aprelində ötən ilin aprel ayı ilə müqayisədə Ermənistanda tərəvəzlərin qiyməti 17,9%, meyvələrin qiyməti isə 7,9% artıb. Narahatlıq doğuran isə odur ki, bu ilin mart ayı ilə müqayisədə tərəvəz və meyvələrin də qiymətləri artıb ki, bu da ölkədə ərzaq sektorunda inflyasiyanın davam etməsi deməkdir. Rəsmi məlumatlara görə,bu gün Ermənistanın hər dördüncü sakini kasıbdır və onlar gəlirlərinin böyük hissəsini ərzağa, o cümlədən qiymətləri ikirəqəmli artan tərəvəzə xərcləyir.

Nəticədə yoxsulluq daha da kəskinləşir. Tərəvəz və meyvələrin bahalaşmasının əsas səbəbi isə uğursuz kənd təsərrüfatı siyasətidir ki, bu siyasətə təcili yenidən baxılmalıdır. O da diqqət çəkir ki,həttaErmənistanda istehsal olunan bir sıra tərəvəzlərin də qiyməti kəskin artıb, xüsusən də ermənilərin geniş istehlak etdiyi kartof 47%, xiyar 16,6%, alma 16,4%, çiyələk isə 23,7% və s. və i.a

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники