RU

Azərbaycan millisi Avropa Kubokuna Türkiyədə hazırlaşır

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Cüdo Federasiyasının mətbuat xidməti yayıb.

İki günü əhatə edən hazırlıq prosesində cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edib.

Təlim-məşq toplanışı mayın 31-dən iyunun 1-dək Avstriyanın Qrats şəhərində və iyunun 21-22-də Almaniyanın paytaxtı Berlində təşkil olunacaq gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.

Избранный
0
8
fanat.az

10Источники