RU

Yaponiyalı deputat: Baş nazir İsiba Yaponiya-Rusiya münasibətlərini yaxşılaşdırmağı düşünür- ÖZƏL

Yaponiya parlamentinin yuxarı palatasının deputatı Munéo Sudzuki bildirib ki, baş nazir Şigeru İsiba Yaponiya ilə Rusiya arasındakı münasibətləri yaxşılaşdırmaq yolları üzərində düşünür. Olaylar.az xəbər verir ki, bu barədə o,  Rusiyanın Yaponiyadakı səfirliyində keçirilən qəbul zamanı danışıb. Qəbul İkinci Dünya  müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə təşkil olunub.
"Baş nazir İsiba Yaponiya-Rusiya münasibətlərini necə yaxşılaşdırmaq barədə düşünür", - deyə Sudzuki qeyd edib.
O, Rusiyanın səfirliyində keçirilən qəbuldan əvvəl baş nazir İsiba ilə şəxsi görüş keçirdiyini bildirib: "Biz təkbətək yarım saat söhbət etdik. Əminəm ki, baş nazir İsiba Yaponiya ilə Rusiya arasındakı münasibətlərin əhəmiyyətini tam şəkildə dərk edir", - deyə deputat əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники