RU

İki futbolçu dörd oyunluq diskvalifikasiya edildi

AFFA 1-ci liqada çıxış edən "Cəbrayıl"ın futbolçusunu 3, "Difai" və "Mingəçevir"in oyunçularını isə 4 oyunluq cəzalandırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Çempionatın 24-cü turunda baş tutan “Cəbrayıl” – “Baku Sportinq” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Tapdıq Əhmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Bölgə təmsilçisi 200 manat cərimələnib. Bundan başqa, xərəkdaşıyanların say limiti pozulduğuna görə Qarabağ təmsilçisi 80, 4 futbolçusu sarı vərəqə görən bakılılar isə 70 manat ziyana düşüb.

“Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra meydan sahiblərindən Riad Abbaszadə, qonaqlardan isə Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalanıblar. Hər iki klub futbolçularının hərəkətlərnə görə 300 manat cərimələnib.

"Nur şəhəri"nin təmsilçisi həmçinin oyununun 61-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 150 manat ödəyəcək.

Избранный
0
5
football-plus.az

7Источники